Bahar Muradova türkiyəli nazir müavini ilə görüşüb

Bahar Muradova türkiyəli nazir müavini ilə görüşüb
  19 Noyabr 2024    Oxunub:211
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkanla arasında görüşü olub
Görüşdə “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” barədə söhbət aparılıb. Qeyd edilib ki, Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verir.

Söhbət zamanı iki qurum arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın perspektivləri vurğulanıb, gələcək birgə fəaliyyət imkanları müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti