Barbadoslu nazir "ASAN xidmət"də

Barbadoslu nazir "ASAN xidmət"də
  19 Noyabr 2024    Oxunub:222
Barbadosun dövlət xidmətlərinə məsul naziri Şantal Munro-Nayt "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.



Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldüyü, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.



Şantal Munro-Nayt BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət” tərəfindən Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O, “ASAN xidmət”in və burada tətbiq olunan innovativ yeniliklərin onda yüksək təəssürat yaratdığını bildirib. Həmçinin bu təcrübənin Barbadosda tətbiqi ilə bağlı əməkdaşlıq edəcəyini vurğulayıb.

Nazir Şantal Munro-Nayt “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, səyyar “ASAN xidmət”in və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.

AzVision.az



Teqlər:





Xəbər lenti