Trampın inauqurasiyadakı 20 yalanı

   Trampın inauqurasiyadakı    20 yalanı
  21 Yanvar 2025    Oxunub:557
ABŞ-nin yeni prezidenti Donald Tramp inauqurasiya günü 20-dən çox yalan bəyanat səsləndirib.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir.

Müəllif siyasətçinin Kapitolidə toplaşan tərəfdarları qarşısındakı hazırlıqsız ikinci çıxışını xatırladıb. Həmin vaxt Tramp seçki, immiqrasiya və 6 yanvar 2021-ci ildə Kapitolidə baş vermiş iğtişaşları ilə bağlı yalan iddialar irəli sürüb.

Tramp inauqurasiyadan sonra Ukrayna ilə bağlı ilk açıqlamalarını verib
Telekanalın məlumatına görə, ABŞ lideri Vaşinqtonda “Capital One Arena”da üçüncü çıxışında, eləcə də Oval kabinetdə fərmanları imzalayarkən jurnalistlərlə söhbəti zamanı başqa yalan ifadələr də səsləndirib.

Bundan əlavə, Tramp Çinin Panama kanalına nəzarət etməsi, eləcə də İspaniyanın BRİKS-in üzvü olması barədə yalan danışıb.

Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir.

Dünən isə ABŞ-nin 47-ci prezidenti and içərək vəzifəsinin icrasına başlayıb. Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotundada 40 ildən sonra ilk dəfə baş tutub. Respublikaçı siyasətçi Konstitusiyaya və iki İncil kitabına əlini qoyaraq and içib.

Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-ın 45-ci və 47-ci prezidentidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp   Yalan  





Xəbər lenti