"Süd yolu"ndan 32 dəfə böyük olan nəhəng qalaktika aşkarlanıb

"Süd yolu"ndan  32 dəfə böyük  olan nəhəng qalaktika aşkarlanıb
  21 Yanvar 2025    Oxunub:436
Astronomlar kosmosda yeni heyrətamiz obyekt - uzunluğu 3,3 milyon işıq ili olan nəhəng radioqalaktika aşkar ediblər.
Artıq bu inanılmaz qalaktikaya ad da verilib. Bu, Zulu və Kosa dillərində bəla və ya problem mənasını verən "Inkathazo"dur.
Onun "Süd yolu" qalaktikasından 32 dəfə böyük olduğu iddia edilir.

Bir də 144 il sonra: "Planetlərin paradı" başlayacaq
Qalaktika Cənubi Afrikanın MeerKAT radio teleskopu tərəfindən kəşf edilib. Yeni kəşfin detalları "Monhly Notices of the Royal Astronomical Society" (MNAS) jurnalında dərc olunub.

Radioqalaktikalar milyonlarla işıq ili boyu uzanan isti plazma reaktivləri yayan kosmik obyektlərdir. Yalnız radiotezliklərdə görünən bu reaktivlərin qalaktikaların mərkəzlərindəki superkütləyə malik qara dəliklər tərəfindən yaradıldığı ehtimal edilir. Bununla belə, "İnkathazo" görünüşünə görə digər oxşar obyektlərdən seçilir.

Qeyd edək ki, "Süd yolu" bizim qalaktikadır. Bütün gördüyümüz ulduzlar bu qalaktikada yerləşir. Müxtəlif hesablamalara görə qalaktikamızda 200 milyardan 400 milyardadək ulduz mövcuddur. "Inkathazo"nun bizim qalaktikadan 32 dəfə böyük olması onun heyrətamizliyindən xəbər verir.

Xatırladaq ki, bu günlərədə beynəlxalq astronomlar qrupu ALMA radioteleskopu vasitəsilə CGG-z4 adlı yeni yığcam qalaktikalar qrupunu kəşf etmişdilər. Bu qrupa infraqırmızı diapazonda demək olar ki, görünməyən iki "qaranlıq" qalaktika da daxildir. Araşdırma nəticəsində məlum olub ki, qalaktika qrupundakı ulduzların kütləsi təxminən 100 milyard günəş kütləsinə bərabərdir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qalaktika   Astronom  





Xəbər lenti