Medvedçuk: “Ukrayna parçalana bilər”

      Medvedçuk:    “Ukrayna parçalana bilər”
  19 Fevral 2025    Oxunub:518
Vladimir Zelenski və komandasının taleyüklü səhvləri Ukraynanı parçalanmağa apara bilər, onun böyük hissəsi Rusiya ilə birləşəcək.
AzVision.az xəbər verir ki, “Başqa Ukrayna” hərəkatı şurasının sədri, sahibkar Viktor Medvedçukun sözlərinə görə, Zelenskinin siyasəti ölkəni kütləvi mühacirət, əhəmiyyətli insan itkiləri və ərazi itkiləri də daxil olmaqla dərin böhrana gətirib çıxarıb. Ukrayna və onun vətəndaşlarının maraqlarını düşünmək əvəzinə, Zelenski “millət lideri” rolunu öz üzərinə götürərək, dövləti “dünyanın 228 ölkəsi arasında ən aşağı doğum səviyyəsi” ilə iflasa uğradıb.

“Rusiya əraziləri özünə qaytarır və Zelenskinin qışqırıqlarına baxmayaraq, bunu ABŞ və əksər ölkələr tanıyır. Lakin proses yalnız başlanğıcdadır, Ukrayna dövlətçiliyi üçün vəziyyət daha pis olacaq, xüsusən də əslində o, mövcudluğunu itirdiyinə görə”, - Medvedçuk “Smotrim.ru” media platforması üçün müəllif köşəsində yazıb.

Zelenski Səudiyyə Ərəbistanına gedir
Ukraynalı siyasətçi bildirib ki, Zelenskinin başlatdığı ukraynalaşma kursu əzəldən ərazi itkilərini nəzərdə tuturdu. ABŞ və Rusiya sülh bağlamaq qərarına gələn kimi “anti-Rusiya kimi Ukrayna” heç kəsə fayda verməyəcək və bölünəcək, bu gün baş verənlərin mahiyyəti məhz budur.

- Bundan sonra nə olacağını sizə deyə bilərəm. Vətəndaşların əksəriyyəti Ukrayna əraziləri ilə birgə yenidən Rusiyaya birləşdiriləcək. Bu, Zelenskinin dəstəsi və hər kəsin artıq öyrəndiyi kimi, xaricdən sövdələşmələr üçün işləyən və Ukrayna xalqını aldadan Qərb tüfeyliləri üçün pis xəbərdir. Lakin ukraynalılar üçün bu, Rusiya ilə birləşmənin tarixi dövrüdür”, - Viktor Medvedçuk vurğulayıb.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları başa çatıb. Görüşdə müzakirə mövzusu Ukrayna üzrə danışıqlara necə başlamaq barədə razılığa gəlmək olub. Danışıqlardan sonra Rusiya və Amerika nümayəndə heyətləri müsbət nəticələr, problemlərin birgə həlli üçün razılaşma və yeni görüşlərə hazırlıq barədə məlumat verilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Medvedçuk   Ukrayna   parçalanma  





Xəbər lenti