HƏMAS-ın daha bir komandiri öldürülüb

   HƏMAS-ın daha bir komandiri öldürülüb
  04 Mart 2025    Oxunub:283
Fələstinin HƏMAS qruplaşmasının İordan çayının qərb sahili üzrə rəhbərlərindən biri bu gün səhər saatlarında İsrailin sərhəd polisinin əməliyyatı nəticəsində öldürülüb.
"Times of Israel" xəbər saytının məlumatına görə, hadisə İsrailin adıçəkilən ərazidə apardığı antiterror tədbirləri çərçivəsində baş verib. Sərhəd polisinin əməkdaşları İsrail Ordusunun hərbçiləri ilə birlikdə HƏMAS-ın Cinin şəhərindəki komandirini İssar Sədini ələ keçirməyə çalışarkən insident meydana gəlib. Tərəflər arasında atışmada adıçəkilən komandirlə yanaşı daha bir terrorçu da zərərsizləşdirilib.

Eyni zamanda, polis tərəfindən axtarılan üç terrorçu da saxlanılıb. Terrorçuların məskunlaşdıqları binada axtarış zamanı xeyli silah-sursat aşkarlanaraq götürülüb.

Xatırladaq ki, fevralın 21-də İsrailin müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində antiterror fəaliyyətinin gücləndirməsi ilə əlaqədar İsrail Silahlı Qüvvələrinə tapşırıq verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   münaqişə  





Xəbər lenti