Məhkuma aid 21 kq narkotik aşkarlanıb

Məhkuma aid 21 kq narkotik aşkarlanıb
  06 Mart 2025    Oxunub:647
Məhkum olunan şəxsə aid 21 kq narkotik aşkarlanıb.
Bu barədə AzVision.az -a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ablasanov Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti