Son günlər Bakıda tıxaclar iftara görə imiş I RƏSMİ

   Son günlər Bakıda tıxaclar iftara görə imiş    I RƏSMİ
  06 Mart 2025    Oxunub:570
Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospektlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur.
Bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da (şəhərə giriş-çıxış yolları) təsir edir.

Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə işıqforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb.

Bu küçə və prospektlərdə işıqforlara “yaşıl dalğa” əmri verilib:





AzVision.az



Teqlər:





Xəbər lenti