Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi müzakirə edildi

   Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi müzakirə edildi
  11 Mart 2025    Oxunub:702
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berik Arın ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi, qlobal ərzaq təhlükəsizliyi problemlərinin həlli və birgə təşəbbüslər vasitəsilə davamlı həll yollarının araşdırılması müzakirə edilib.

Ceyhun Bayramov Azərbaycanın donor dövlət kimi rolunu vurğulayaraq onun beynəlxalq humanitar yardım və inkişaf proqramlarına verdiyi töhfələrə diqqət çəkib.


AzVision.az


Teqlər:





Xəbər lenti