Şəmkirin tarixi muzeyindən - FOTOREPORTAJ

Şəmkirin tarixi muzeyindən - FOTOREPORTAJ
  25 May 2013    Oxunub:2070
Buradakı eksponatların hər biri 1991-ci ildən başlayaraq toplanıb. Amma eksponatlar tarixi daha qədimdir.
Şəmkir rayonunun Çənlibel kəndində “Xalq Tətbiqi sənət” muzeyi yerləşir. Hazırki muzey 1960-cı illərin sonunda tikilməyə başlayıb. Muzeyin elmi işçisi Maqsud Mövlayev Azvision.az-a bildirir ki, 1970-ci ildən sonra ulu öndər Heydər Əliyev buraya səfər edib və bu muzey ondan sonra daha geniş tikilməyə başlayıb. O, bildirir ki, muzey hazırkı böyüklükdə olmayıb. Elmi işçi qeyd edir ki, Heydər Əliyev gəlib buraya baş çəkəndən sonra buranı böyük tikidirb və binaya baxanda da bunu müşahidə etmək olar. Buradakı eksponatların hər biri 1991-ci ildən başlayaraq toplanıb. Bu baxımdan muzey işçiləri ölkənin maddi mədəniyyətinin qorunması uğrunda apardıqları mübarizəyə görə neçə dəfələrlə təltif olunublar.

SSRİ dövründə Əmək və Şöhrət ordeni adlanan muzey hazırda “Xalq Tətbiqi sənət” muzeyi adlanır. İçəriyə daxil olanda bir neçə əsri əhatə edən eksponatlara rast gəlmək olar. Amma hazırda onların tarixi müəyyənləşməyib. Bunu üçün tarixçilər orada olub bunu araşdırmalıdır. Muzeyin elmi işçisi bildirir ki, gördüyümüz eksponatların hamısı muzey kollektivinin səyi nəticəsində əhalidən toplanıb. Belə ki, kənd sakinlərinin özləri də könüllü olaraq tarixi əşyaları muzeyə təqdim ediblər. Maqsud Mövlayev muzeyin içindəki eksponatların 4 şöbəyə aid olduğunu deyir. Bunlar misgərlik, dülgərlik, toxuculuq və dulusçuluq bölmələridir.

Mis alanlar tarixi samovarları alıb aparırlar.

Elmi işçi son vaxtlar pulnan mis alanlar çoxaldığını və insanlarında tarixi samovarları pulnan onlara satdığını deyir. Onlar pul vasitəsilə insalardan bir neçə illik tarixə malik samovarları alaraq aparırlar. Amma buna baxmayaraq muzeyin işçiləri ildən-ilə eksponatların sayını artırır. Muzey əməkdaşları olaraq kəndlərdə axtarırlar ki, kəndlərdə tarixi nə varsa onları muzeyə gətirsinlər. Onlar çalışırlar ki, eksponatların sayını daha da artırsınlar. Amma bunu daha da çox artırmaq üçün onlara müəyyən qədər vəsait lazım olduğunu deyirlər. Muzeydə Şəmkirin öz kəndlərindəki tapıntılarla bərabər, qonşu rayon Gədəbəyində kəndlərindən tapıntılar var. Bundan başqa muzeyə 14 abidə daxildir. Bu abidələr Şəmkir və Gədəbəy rayonlarının kəndlərində yerləşir. Muzeyin elmi işçisi bildirir ki, hazırda muzey əsaslı təmirə böyük ehtiyacı var. Muzey tikiləndən indiyədək təmir olunmayıb. O qeyd edir ki, muzeyin 2017-ci ilə qədər Mədəniyyət və Turizm nazirliyi tərəfindən əsaslı təmir olunması nəzərdə tutulub. Bundan başqa muzey haqqında məlumat hər il aidiyyatı qurumlara çatdırılır. Hazırda Şəmkir rayonunun Mədəniyyət və Turizm şöbəsi onlara nə köməklik lazımdırsa, onu edirlər.


Muzeydə olan rəsm əsərləri insanı özünə cəlb edir. Bu rəsm əsərləri Şəmkirdən olan Eldar Nəcəfovun əl işləridir. Həmin rəssam gənc yaşlarında dünyasını dəyişib. Amma şəkilləri onu yaşadır. Məlumat verirlər ki, bu şəkillər 1991-1999-cu illər arasında çəkilib.

Tanış olduğumuz muzeydən tariximizi yaşaddıqları üçün xoş arzularla ayrılırıq.

Anar

Qalereya




Teqlər:  





Xəbər lenti