Ukrayna MDB ilə bağlı daha bir sazişdən çıxdı

   Ukrayna MDB ilə bağlı daha bir sazişdən çıxdı
  06 İyun 2023    Oxunub:740
Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib ki, ölkə MDB ölkələri ilə hüquqi məlumat mübadiləsi haqqında sazişdən çıxıb.
Bu barədə o, Telegram kanalında yazıb. O, qeyd edib ki, Kiyev 21 oktyabr 1994-cü ildə Moskvada imzalanmış hüquqi məlumat mübadiləsi haqqında sazişdən çıxıb.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Belarus və Rusiya ilə dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandumdan çıxması, habelə sərhəd məsələlərində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Rusiya-Ukrayna sazişinin ləğvi haqqında fərman imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti