Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb

Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb
  15 İyun 2024    Oxunub:854
Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub.
Həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Ruslan Hacıyev saxlanılıb. Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti