Mehriban Əliyevadan Qurban Bayramı paylaşımı
![Mehriban Əliyevadan Qurban Bayramı paylaşımı Mehriban Əliyevadan Qurban Bayramı paylaşımı](https://azvision.az/photos/2024/06/fb4053dc-aa8f-308d-86bb-9200ba67f74e_850-1718523384.jpg)
"Əziz həmvətənlər!
Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
AzVision.az
Teqlər: