Biləsuvarda yol qəzası, xəsarət alanlar var

Biləsuvarda yol qəzası,    xəsarət alanlar var
  16 İyun 2024    Oxunub:772
Biləsuvar rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.
AzVision.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kənd ərazisində qeydə alınıb.

Belə ki, “BMW” markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində rayon sakinləri, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti