Bakıda liftin trosu qırıldı: Yaralılar var

   Bakıda liftin trosu qırıldı:    Yaralılar var
  23 İyun 2024    Oxunub:820
Bakıda dəhşətli hadisə baş verib.
Baku.ws xəbər verir ki, çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Nəticədə lift şaxtaya düşüb. Hadisə Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb.

Bədbəxt hadisə zamanı xəsarət alanların olduğu qeyd edilib. Sözügedən ərazidən görüntüləri təqdim edirik:



***
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti yaşayış binasında lift trosunun qırılmasına münasibət bildirib.

Qurumdan qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının liftində texniki nasazlıq yaranması səbəbindən 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bununla əlaqədar olaraq, FHN-in xilasediciləri dərhal əraziyə cəlb olunub.

1 nəfər sakin xilas olunaraq Təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində lift qırılıb.

TƏBİB-dən AzVision.az- a bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nemətulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar
AzVision.az


Teqlər:





Xəbər lenti