Silahlı insidentdə həlak olan polislər - FOTO

   Silahlı insidentdə həlak olan polislər -    FOTO
  24 İyun 2024    Oxunub:534
Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti