Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
  25 İyun 2024    Oxunub:958
Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
XİN-dən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Rusiya   görüş  





Xəbər lenti