Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub
  26 İyun 2024    Oxunub:498
26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin hörmətlə yad edilib.

Nazirliyin rəhbər heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzərək ehtiram nümayiş etdirib.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib. Vətənimizin suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarına gül dəstələri qoyulub.

Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin İkinci Şəhidlər Xiyabanında məzarları üzərinə güllər düzülüb, ruhları dərin hörmət və ehtiramla anılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət, həmçinin şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti