Daşaltıda yabanı halda bitən çətənə bitkiləri məhv edilib

Daşaltıda yabanı halda bitən çətənə bitkiləri məhv edilib
  26 İyun 2024    Oxunub:566
Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

AzVision.az




Teqlər:





Xəbər lenti