Ölkədə qeyri-sabit hava şəraiti davam edir

Ölkədə qeyri-sabit hava şəraiti davam edir
  26 İyun 2024    Oxunub:779
İyunun 26-sı saat 17:00 üçün məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, hazırda Balakən, Binə, Quba, Qusar, Zaqatala, Qəbələ, Gəncə, Göygöl, Xocalı, Şuşa, Gədəbəy, Daşkəsən, Naftalan, Xaltan, Şəmkir, Yevlax, Lənkəran, Lerik, Astara Yardımlı, Qrız, Mingəçevir, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 27 m/s, Balakəndə 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə bəzi bölgələrdə küləyin maksimal sürəti 20 m/s təşkil edir.

AzVision.az


Teqlər: hava   külək   yağış  





Xəbər lenti