Blinkenin köməkçisi ölkəmizə gəlir

   Blinkenin köməkçisi ölkəmizə gəlir
  26 İyun 2024    Oxunub:5382
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn sabaha Azərbaycana gələcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

O'Braynın Bakıda İlham Əliyevlə, habelə xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra yüksəkvəzifəli hökumət rəsmisi ilə ABŞ-Azərbaycan münasibətlərindəki inkişaf, Azərbaycan-Ermənistan sülh sazişinə Vaşinqtonun dəstəyi mövzusunda görüşləri baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   ABŞ  





Xəbər lenti