Azərbaycan, Gürcüstan və Türkiyə MN rəhbərlərinin üçtərəfli görüşü baş tutacaq

   Azərbaycan, Gürcüstan və Türkiyə MN rəhbərlərinin üçtərəfli görüşü baş tutacaq
  26 İyun 2024    Oxunub:651
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli görüş bu ilin sentyabr ayında Tbilisidə baş tutacaq.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili məlumat yayıb.

Görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və digər məsələlərin müzakirəsi gözlənilir.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Gürcüstan   nazir   görüş  





Xəbər lenti