"Onların nəslini cəzalandıracağıq" - Kadırov qisasdan danışdı
“Əgər terrorla bağlı ən kiçik bir şübhə varsa, nəsli cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür. Siz həyata qəsd edə bilməzsiniz, bu halda qan qisası olacağını başa düşməlisiniz. “Bilmirdim” cavabları qəbul edilmir”, - deyə siyasətçi bildirib.
O əlavə edib ki, əgər ailə başçısı övladının öhdəsindən gələ bilmirsə, o zaman bu barədə səlahiyyətli orqanlara məlumat verməlidir. Həmin halda ailəsi məsuliyyət daşımayacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: