Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən
AzVision.az -a verilən məlumata görə, güclü külək nəticəsində muxtar respublikanın Kəngərli rayonunun Şahtaxtı, Çalxanqala və Qarabağlar, Sədərək rayonunun Dəmirçi və Qaraağac, Şahbuz rayonunun Qızıl Qışlaq, Şada və Kolanı kəndlərində, o cümlədən Şərur rayonunun Zeyvə, Mahmudkənd, Yengicə, Qorçulu, Axaməd, Xanlıqlar, Muğancıq Mehrab, Püsyan və Çomaxtur kəndlərində irigövdəli ağaclar aşaraq texnoloji infrastrukturun zədələnməsinə səbəb olub, nəticədə bir sıra kənd və məhəllələrdə rabitə xidmətlərində fasilələr yaranıb.
Hazırda Naxçıvan MR RİİN-in mütəxəssisləri tərəfindən təmir-bərpa işləri aparılır. Texnoloji infrastrukturun bərpası istiqamətində və digər zəruri tədbirlər görülməklə küləyin törətdiyi fəsadların aradan qaldırılması tədbirləri həyata keçirilir.
AzVision.az