İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

 İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?
  28 İyun 2024    Oxunub:747
Parlament İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
Qanun layihəsi parlamentin iyunun 28-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənəd layihəsi iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə qabarit parametrlərinin pozulmasının, həmçinin çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmanın nədən ibarət olması dəqiq müəyyən edilir.

Bununla yanaşı, layihədə təkcə kütlə parametrlərini aşmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin idarə edilməsinə görə deyil, eyni zamanda, qabarit parametrlərinə dair tələbləri pozmaqla həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur. Layihədə yuxarıda qeyd olunan məsələlərdən irəli gələn uyğunlaşdırma xarakterli digər dəyişikliklər də nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti