Zakir Həsənov Belarusa getdi
![Zakir Həsənov Belarusa getdi
Zakir Həsənov Belarusa getdi](https://azvision.az/photos/2024/07/1719922277.jpg)
Bildirilib ki, səfər çərçivəsində Z.Həsənovun Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.
AzVision.az
Teqlər: