Beyləqanda ağır qəza: Ölənlər və xəsarət alanlar var
![Beyləqanda ağır qəza: Ölənlər və xəsarət alanlar var Beyləqanda ağır qəza: Ölənlər və xəsarət alanlar var](https://azvision.az/photos/2024/07/646644204bd6a646644204bd6b1684423712646644204bd66646644204bd68-1719983051.jpg)
Həyatını itirən şəxslər, 1958-ci il təvəllüdlü, Beyləqan rayon sakini Nizami İsa oğlu Hüseynov və 1965-ci il təvəllüdlü, Beyləqan rayon sakini Sabirə Sümbət qızı Məmmədovadır.
Yaralılar isə 1978-ci il təvəllüdlü, Beyləqan rayon sakini Ramiz Əli oğlu Xankişiyev, 1987-ci il təvəllüdlü, Beyləqan rayon sakini Nərgiz Nizami qızı Hüseynova, 1990-cı il təvəllüdlü Beyləqan rayon sakini İmaməddin Murtuza oğlu Bəndəliyev, 2017-ci il təvəllüdlü, Bakı şəhər Sabunçu rayon sakini Raul Vüsal oğlu Məlikzadə və 2010-cu il təvəllüdlü İbrahim Vüsal oğlu Məlikzadədir.
Qəza nəticəsində xəsarət alan şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların həyatı təhlükəsinin olmadığı deyilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
AzVision.az
Teqlər: