Lənkəranın kəndlərində növbəli şəkildə işıq olmayacaq

Lənkəranın kəndlərində növbəli şəkildə işıq olmayacaq
  04 İyul 2024    Oxunub:842
Bu gündən başlayaraq iyulun 15-nə qədər Lənkəran rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində növbəli şəkildə məhdudiyyət yaranacaq.
Bu barədə AzVision.az -a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran rayon elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik hava xətləri ağac budanması ilə əlaqədar sifarişə əsasən açılacaq. Odur ki, rayonun Şirin Quyu, Ürgə, Səpnəkəran, Şıxakəran, Separadi, Parakənd, Girdəni, Havzova, Ləj kəndlərinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.

Ağac budanması işləri yekunlaşdıqdan sonra kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti