Şuşada diplomatların iclası başladı

   Şuşada diplomatların iclası başladı
  06 İyul 2024    Oxunub:1591
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.

Toplantıda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu mühüm görüşün təşkilatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib: “Əminik ki, bu mühüm görüş təşkilatın və mövcud əməkdaşlıq potensialının maksimuma çatdırılmasına töhfə verəcək”.

C. Bayramov həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti, regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarına geniş məlumat verib.

Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.


AzVision.az


Teqlər:





Xəbər lenti