Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb

   Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb
  07 İyul 2024    Oxunub:942
İyulun 7-si saat 17:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti