Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb

   Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb
  08 İyul 2024    Oxunub:809
İyulun 8-i saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Sarıbaşda(Qax) 9 mm, Şahdağda 5 mm, Mingəçevir, Şəki, Qrız, Göygöl, Oğuz, Zaqatala, Qobustan, Füzuli, Neftçala, Astara, Yardımlı, Biləsuvar, Lerik, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-şərq küləyi iyulun 7-də narıncı xəbərdarlığa uyğun olaraq Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

AzVision.az



Teqlər:





Xəbər lenti