Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub
  12 Avqust 2024    Oxunub:708
Ermənistanda 4,2 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Martuni şəhərindən 9 km şimal-qərbdə qeydə alıb. Zəlzələnin mənbəyi 10 km dərinlikdə olub. Bundan əlavə təbii fəlakət Geqarkunik (5 bal), Kotayk vilayəti (4 bal) və İrəvanda (2-3 bal) hiss olunub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Ermənistan   zəlzələ  





Xəbər lenti