Uşaqların immunizasiyası üzrə yeni təlimat
Təlimatda ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimində əksini tapmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu da Azərbaycanda vaksinasiya səylərinin əhatə dairəsinin genişləndirilməsinə önəm verilildiyini nümayiş etdirir. Təlimatdakı müasir yanaşmaların təcrübəyə inteqrasiya olunması vaksinlər və immunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradan qaldırılmasına kömək edəcək. Bununla da immunizasiya ilə əhatə səviyyəsinin yüksəlməsinə, həmçinin immunizasiyada bərabərlik məsələlərinin həllinə müsbət təsir göstərəcək.
Yeni təlimat vaksinlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq məqsədilə davam etdirilən səylərimizdə mühüm addımdır. Bu vəsait tibb işçilərinə əsaslandırılmış qərar qəbul etmək və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradacaq. Azərbaycanda immunizasiya xidməti göstərən tibb işçiləri üçün yeni vəsait gündəlik təcrübədə əsas istinad mənbəyi kimi istifadə olunaraq immunizasiya xidmətlərinin təhlükəsizlik və səmərəlilik standartlarına uyğun aparılmasını təmin edəcək.
AzVision.az
Teqlər: