Aygün Attar: “Azərbaycandakı parlament seçkilərinin strateji önəmi var”

   Aygün Attar:    “Azərbaycandakı parlament seçkilərinin strateji önəmi var”
  14 Avqust 2024    Oxunub:846
“Azərbaycan bu il bir dəfə növbədənkənar seçkilər keçirib, hazırda ikincisinə hazırlaşıb. Prezident seçkiləri ilə parlament seçkilərinin növbədənkənar keçirilməsinin səbəbi bir-birini tamamlayır”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, azərbaycanlı professor Aygün Attar deyib.

“Vətən müharibəsindən sonra Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə Azərbaycanın qarşısında yeni strategiyalar, iqtisadi inkişaf üçün addımlar, yerini dünyada gücləndirmək üçün işlər durur. Məlumdur ki, parlamentlər ölkədə qanunverici orqanlardır, toplaqlarımız işğaldan azad olunduqdan sonra Milli Məclisin yenidən formalaşdırılmasına ehtiyac var idi. Çünki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.

A.Attar əlavə edib ki, indiki dövrdə Azərbaycanda parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətli və strateji bir qərardır.

“Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanın da çoxvektorlu xarici siyasəti üçün daha dinamik, canlı və dövrün reallığına uyğunlaşmış parlamenti olmalıdır. Əminəm ki, Azərbaycanın dövlətçiliyinin əsasını təşkil edən milli strategiyanın tənzimlənməsində yeni tərkibdə parlament böyük rol oynayacaq”, – deyə Aygün Attar əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti