İctimai Birlik sədri: “Seçkilər xalqımızın milli birliyinin göstəricisi olacaq”

 İctimai Birlik sədri:  “Seçkilər xalqımızın milli birliyinin göstəricisi olacaq”
  14 Avqust 2024    Oxunub:992
“Ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmizdə Milli Məclisə ilk dəfə seçkilərin keçirilməsi tarixi hadisədir. Bu, xalqımız üçün təkcə siyasi hadisə deyil, həm də milli qürur və mənəvi zəfər anlamı daşıyır”.
Bunu “Seçki2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Həzrət Bədiyev deyib.

O vurğulayıb ki, Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlayıb: “Bu seçkilər, Azərbaycanın beynəlxalq arenada güclü və müstəqil bir dövlət kimi mövqeyini daha da möhkəmləndirmək üçün bir platforma rolunu oynayacaq. Həmçinin, Milli Məclisə seçkilər Azərbaycan xalqının milli birliyə və suverenliyə olan bağlılığının bir göstəricisi olacaq. Bir sözlə, bu seçkilər Azərbaycan üçün təkcə siyasi bir proses olmayacaq, həm də tarixi bir dönüş nöqtəsinə çevriləcək”.

Həzrət Bədiyev gənclərə də çağırış edib: “Siz, Azərbaycanın gələcəyini formalaşdıracaq nəsilsiniz. Bu gün sizin verdiyiniz qərarlar bizim sabahımızı müəyyən edir. Ona görə də, seçkilərdə fəal iştirak etmək, öz vətəndaş mövqeyinizi ortaya qoymaq üçün hüququnuzdan yararlanın. Vətəndaşlıq borcunuzu yerinə yetirin. Unutmayın ki, səsiniz yalnız sizin gələcəyiniz deyil, həm də Azərbaycan xalqının gələcəyi üçün əhəmiyyətli olacaq”.
AzVision.az




Teqlər: Seçki  





Xəbər lenti