Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət edilib

Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət edilib
  15 Avqust 2024    Oxunub:1261
Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 439 müraciəti daxil olub.
Bu barədə AzVision.az -a DMX-dən məlumat verilib. Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 57 min 969 müraciət ediblər.

Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 2 min 51 olub.

AzVision.az



Teqlər:





Xəbər lenti