Mədəniyyət Nazirliyində apelyasiya müraciətlərinə baxılıb
İmtahanların nəticələrinə əsasən şagirdlərin yerləşdirilməsi hər bir məktəb və ixtisas üzrə ödənişsiz və ödənişli təhsilə müəyyən edilmiş qəbul planlarına, namizədlərin topladıqları ballara və yaş həddinə uyğun olaraq elektron sistem üzərindən avtomatlaşdırılmış formada aparılmışdır. Qəbul üçün müraciət etmiş 16147 nəfərdən 12089 nəfər müxtəlif ixtisaslar üzrə I və VIII (onbirillik təhsilə) siniflərə qəbul edilib.
Qəbul imtahanlarının nəticələri ilə bağlı şikayətlər elektron sistem üzərindən qəbul edilmiş, müraciətlərə baxılması məqsədilə regional mədəniyyət idarələrində apellyasiya komissiyaları yaradılıb. Komissiyalar tərəfindən aidiyyəti üzrə apellyasiya müraciətinə baxılaraq, 24 müraciətin təmin edilməsi barədə qərar qəbul edilib.
AzVision.az
Teqlər: