COP29 I PACJA yan tədbir keçirib

   COP29 I    PACJA yan tədbir keçirib
  15 Noyabr 2024    Oxunub:289
COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) “İqlim böhranının ön cəbhəsində olan icmalar üçün inklüziv və hərtərəfli iqlim tədbirlərini təşviq edən iqlim maliyyəsi modelləri” mövzusunda forum keçirib.
Forumda Alyansın rəhbəri Jozef Mikita Mvenda bildirib ki, PACJA 48 Afrika ölkəsindən 1000 QHT-ni özündə birləşdirən təşkilatın ümumi mövqeyini ifadə edir.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, iqlim maliyyəsinə çıxışı təşviq edən modellər və yanaşmalar mühüm əhəmiyyətə malikdir.

Panel müzakirələrində PACJA təşkilatlarının ekspertləri - Cessika Mvenza, Ruçi Tripati də iştirak ediblər.

PACJA-nın proqramlar və tədqiqatlar üzrə rəhbəri Çarlz Mvanqi daha əlçatan maliyyələşdirmə mexanizmləri barədə məruzələrlə çıxış ediblər. Onlar Afrikanın təcrid olunmuş icmalarının səsini gücləndirmək üçün Azərbaycanın yaratdığı imkanı yüksək qiymətləndirib.

Müzakirələrdən sonra suallar cavablandırılıb.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti