Narkotiklərə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi hazırlanıb

Narkotiklərə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi hazırlanıb
  09 Dekabr 2024    Oxunub:949
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin doktorantı Vasif Quliyev "Azərbaycan Respublikasının narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin, onların analoqlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi"ni hazırlayıb.
Layihə "Qanun” elmi hüquq jurnalının 2024-cü il buraxılışının 11-ci sayında dərc olunub. Sözügedən "Milli Strategiya layihəsi” Azərbaycanda ilk dəfədir ki, tərtib edilib.

Layihənin əsas məqsədi respublika ərazisində narkomaniyaya, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə siyasətinin daha da səmərəli və effektiv həyata keçirilməsidir. Layihə o cümlədən əlavə zəruri institusional və antinarkotik maarifləndirmə tədbirlərinin gücləndirilməsini özündə ehtiva edir.

Eyni zamanda müəllif Milli Strategiyanın reallaşdırılması prosesində bir çox vəzifələrin o cümlədən ölkədə narkovəziyyətin analizi, regional xüsusiyyətlərin nəzərə alınması və s. kimi vacib detallara diqqət yetirib.

Onu da eyd edək ki, Milli Strateya Layihəsi Türkiyə, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və digər ölkələrin təcrübəsi nəzərə alınmaqla tərtib edilib.



AzVision.az



Teqlər:





Xəbər lenti