Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb

   Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb
  09 Dekabr 2024    Oxunub:583
Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni təyin olunmuş baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı C.Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.

Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm baş katibin diqqətinə çatdırılıb. Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti