Xınalıq yolunda selin dağıtdığı körpü yenidən qurulur

Xınalıq yolunda selin dağıtdığı körpü yenidən qurulur
  10 Dekabr 2024    Oxunub:694
Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
Aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.

İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti