FHN təyyarə qəzasında xəsarət alanlardan 7 nəfərin ölkəyə gətirilməsi barədə məlumat yayıb

   FHN təyyarə qəzasında xəsarət alanlardan 7 nəfərin ölkəyə gətirilməsi barədə məlumat yayıb
  26 Dekabr 2024    Oxunub:313
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətiriliblər.
AzVision.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Yeddi nəfər zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

AzVision.az



Teqlər:





Xəbər lenti