Gələn il seçkilərə 35 milyon manatdan çox vəsait sərf olunacaq

Gələn il seçkilərə 35 milyon manatdan çox vəsait sərf olunacaq
  27 Dekabr 2024    Oxunub:358
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayrılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb. Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 55,7 % azdır.

Xatırladaq ki, Azərbaycanda gələn il yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti