AZAL-ın təyyarəsi Mahaçqalaya dron hücumuna görə geri qayıdıb

   AZAL-ın təyyarəsi Mahaçqalaya dron hücumuna görə geri qayıdıb
  27 Dekabr 2024    Oxunub:307
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Bu barədə AzVision.az -a AZAL-dan bildirilib. Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

Qeyd edək ki, bu gün Ukraynanın dron hücumları ilə əlaqədar Rusiyanın bəzi aeroportlarının, o cümlədən Mahaçqala hava limanının fəaliyyəti məhdudlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti