Polşada tutulan şəxs Azərbaycana ekstradisiya ediləcək
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
O, 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub. Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcək.
AzVision.az
Teqlər: