“Vəfat edən uşağımın şəkillərini paylaşıb pul yığırlar”
“Hesab kartı qoyaraq insanları aldadır, kömək istənilir, pul yığırlar. Hesab Aygün Umudova adlı şəxsin adından açılıb. Halbuki mənim uşağım iki il əvvəl Türkiyədə dəfn olunub. Bu qədər vicdansızlıq, insanların inamından istifadə eləmək hara sığır?! Tək mənim uşağım deyil, başqa uşaqların da şəkilləri paylaşılır. Bildiyimə görə, o uşaqlar da vəfat ediblər...” N. Əsgərova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qeyd edilən məsələ araşdırılır. Həmin şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
AzVision.az
Teqlər: