2,5 milyon manat beş TV arasında bərabər bölünüb

2,5 milyon manat beş TV arasında bərabər bölünüb
  29 Dekabr 2024    Oxunub:597
29 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari ildə son iclası keçirilib.
Şuradan verilən xəbərə görə, iclasda il ərzində audiovizual media və onun tənzimlənməsi sahəsində həyata keçirilmiş fəaliyyət, Audiovizual Şuranın bu istiqamətdə gördüyü işlər - yeni lisenziyaların verilməsi, audiovizual proqramların həmçinin, retranslyasiya operatorlarının paketlərinin monitorinqi, tətbiq olunan inzibati tənbeh tədbirləri, FM radio yayımının genişləndirilməsi ilə bağlı Prezident Sərəncamının icrasının yekunlaşması, Audiovizual Şuranın beynəlxalq əməkdaşlığı və digər məsələlər üzrə ümumi fikir mübadiləsi aparılıb.

Daha sonra özəl ümumölkə yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı Şura üzvləri tərəfindən yüksək qiymətləndirilmiş, bunun cəmiyyətin operativ və dolğun məlumatlandırılması və maarifləndirilməsi sahəsində yayımçıların fəaliyyətinin gücləndirilməsi, yayım keyfiyyətinin yüksəldilməsi istiqamətində dövlətin növbəti dəstək addımı olduğu vurğulanıb.

Audiovizual Şuranın müvafiq qərarı ilə ayrılmış 2,5 milyon manat maliyyə vəsaiti 5 ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçısı arasında bərabər bölünüb.

AzVision.az



Teqlər:





Xəbər lenti