Naxçıvanda tarixi binalarda layihələndirmə və təmir işləri aparılır

Naxçıvanda tarixi binalarda layihələndirmə və təmir işləri aparılır
  29 Dekabr 2024    Oxunub:708
Cari ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muxtar respublikanın dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində bir sıra işlər görülüb.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlik tərəfindən Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu elan olunub, binaların əsaslı təmiri və bərpası üçün layihə hazırlanıb.

Həmçinin Kəngərli Rayon Mədəniyyət Sarayının binasında təmir işlərinin aparılması üçün satınalma keçirilib. Sarayın dam örtüyü yenisi ilə əvəz olunub, pəncərələr rənglənib. Hazırda binanın daxilində təmir işləri davam etdirilir. Bundan başqa, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri üçün də oktyabrın 14-də açıq tender sorğusu keçirilib. Satınalmanın qalibi tərəfindən təmir işlərinə başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti