İrəvan Kiselyovun "Vesti nedeli"sini də bloklayır

   İrəvan Kiselyovun  "Vesti nedeli"sini  də bloklayır
  15 Yanvar 2025    Oxunub:351
Rusiyanın məşhur mətbu orqanı olan “Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyov Ermənistanda "qara siyahıya" düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, telekanallarla bağlı tənzimləyici qurum “Vladimir Solovyovla axşam”a dair sərt qərardan sonra analoji tədbiri Dmitri Kiselyov haqqında da görə bilər. Söhbət “Vesti Nedeli” verilişinin bloklanmasından gedir.

Ermənistan Rusiyaya nota verib
Parlamentdə jurnalistlərə açıqlama verən yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan yayılan məlumatların doğruluğunu təsdiqləyib.

Artıq Kiselyov da mövzu haqqında danışıb. O, deyib: "Erməni qardaşlarımızı proqramda konkret hansı ifadənin narahat etdiyini başa düşmürəm. Hələlik şərh ediləcək bir şey yoxdur".

Xatırladaq ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirə Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” verilişində səsləndirilən bəyanatlarla bağlı etiraz notası təqdim edilib. İddia olunur ki, diplomat efirdə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı bəyanatlar səsləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Səfir  





Xəbər lenti