Tramp: "Təyyarə qəzasının qarşısını almaq olardı"

 Tramp: "Təyyarə qəzasının qarşısını almaq olardı"
  30 Yanvar 2025    Oxunub:543
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş vermiş faciəvi təyyarə qəzasına reaksiya verib.
O, qeyd edib ki, Ronald Reyqan adına hava limanı yaxınlığında ABŞ ordusuna məxsus Sikorsky H-60 ​​hərbi helikopteri ilə Bombardier CRJ700 sərnişin təyyarəsinin toqquşmasının qarşısını almaq olardı.

Siyasətçinin fikrincə, hərbi helikopterin ekipajı əslində kursu dəyişməli idi.

ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər var
Ağ Ev rəhbəri helikopterdəki hərbçilər aydın havada eniş üçün yaxınlaşan sərnişin təyyarəsi ilə toqquşacaqlarını niyə görmədiklərini sual edib. Tramp hansı səbəbdən pilotların qəzadan qaça bilməmələri ilə maraqlanıb.

Qeyd edək ki, gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.

Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

“The Washington Post” yazıb ki, polis çaydan bir neçə cəsədi və dörd nəfəri sağ çıxarıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   ABŞ  





Xəbər lenti